12
Okt 2018
Font

ABŞ hökuməti bəzi Asiya ölkələrindəki Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını geri qaytarmaq qərarına gəlib.

InfoAZ “The Wall Street Journal”a istinadən xəbər verir ki, hazırda Ədliyyə Nazirliyinin baş müfəttişi tərəfindən həmin qurumun əməkdaşlarına dair ittihamlar araşdırılır. Söhbət FTB əməkdaşlarının qonaqlıq və ziyafətlərə getməsi, yüngül əxlaqlı qadınlara qoşulması kimi əməllərlə bağlı iradlardan gedir.

“Uyğunsuz davranış ehtimalı irəli sürülən məlumatlar daxil olan kimi, bəzi əməkdaşları əməliyyat işi ilə bağlı olmayan vəzifələrə keçirmək üçün tədbir görülür”, – nazirlikdən bildirilib.