10
Okt 2018
Font

“New York Times” Ağ evdə vəzifədən gedən və yaxud istefaya göndərilən rəsmilərin siyahısını dərc edib.

Qəzet hazırkı Prezident Donald Tramp gələndən kadrların Ağ evdəki mühüm vəzifələrdən axını ilə bağlı görünməmiş hal yaşanır. Nəşr xatırladır ki, D.Tramp dövründə ictimaiyyətlə əlaqələr direktoru vəzifəsinə dörd dəfə təyinat olub. Bunlardan Antoni Skaramuççi vəzifəsində iki həftə, Houp Hiks isə altı ay qalıblar. Ağ evin mətbuat katibi işləyən Şon Spayser isə eyni zamanda ictimaiyyətlə əlaqələr direktoru vəzifəsində çalışıb, bir dəfə isə istefaya gedən Maykl Dubkedən sonra həmin vəzifəni icra edib.

Qəzet həmçinin yazır ki, D.Tramp onun administrasiyasında vəzifə tutmuş şəxsləri dəfələrlə başqa vəzifələrə təyin edib. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo dövlər katibi vəzifəsində Reks Tillersonu əvəzləyib, onun əvvəlki müavini Cina Haspel isə MKİ rəhbərliyinə gətirilib.

Qey edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyki ilin sonunda vəzifədən gedəcəyini açıqlayıb. D.Tramp da xanım Heykinin ona bu barədə hələ altı ay əvvəl bildirdiyini, administrasiyada iki il çalışdıqdan sonra fasilə vermək istədiyini söyləyib.