10
Okt 2018
Font

"ABŞ-ın bütün MDB ölkələrində təsir gücünü itirməyə davam etdiyi məqamda Rusiya bu yerlərdə hərbi və iqtisadi əzələlərini daha da qüvvətləndirir".

Bu barədə ABŞ-da işıq üzü görən "The Hill" nəşrindəki məqalədə deyilir.

"Rusiyanın fəaliyyəti və ABŞ-ın laqeydliyinin təsiri ilə Avropa paytaxtları yardım üçün Kremlə getdikcə daha çox müraciət edir", - məqalədə vurğulanır.

Müəllif yazır ki, Qərbi Avropa "Şimal axını-2"nin dəstəyi ilə könüllü olaraq iqtisadi köləliyi qəbul edib və təslim olub.

Postsovet məkanı haqqında danışan müəllif qeyd edir ki, Ermənistan uzun zamandır Kremlin girovluğundadır: "Moskva Ermənistan iqtisadiyyatının əsas nöqtələrinin çoxuna sahibdir və Yerevan azadlığının müdafiə sahəsində Moskva ilə bağlanmış müqavilələrdən asılı olduğunu hesab edir".

Müəllifin sözlərinə görə, müxalifət lideri Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistan hökumətinin demokratik Qərb istiqamətində meyllənə biləcəyi ilə bağlı ümid yaransa da, hazırda Ermənistanın Rusiyaya meylliliyi davam edir.

"Şərq və ya Qərb, fərqi yoxdur, amma ABŞ-ın zəifləməsi səbəbi ilə Rusiyanın təsir gücü artmaqdadır", - müəllif fikrini tamamlayır.