03
Sent 2017
Font

KXDR tərəfindən ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma irimiqyaslı hərbi cavab veriləcək.

InfoAZ-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.

“Hərbi variantlarımız çoxdur və prezident onların hər biri ilə artıq tanış olub. Özümüzü və müttəfiqlərimiz olan Cənubi Koreya və Yaponiyanı istənilən hücumdan qorumağa qadirik. Müttəfiqlərimiz qarşısında öhdəliyimiz sarsılmazdır”, deyə C.Mettis qeyd edib.

Qeyd edək ki, ötən gün Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.