07
Noy 2018
Font

"Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqlar intensivləşib".

"Report"un verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Bərdə rayonunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında danışıqlar intensivləşdirilib: "ATƏT-in Minsk qrupuna üzv olan ABŞ, Rusiya və Fransa bu istiqamətdə səylərini artırıb. İnanırıq ki, danışıqların intensivləşməsi ilə tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsində razılığa gələ biləcəklər".