01
Noy 2018
Font

ABŞ administrasiyası istəyir ki, İranın xam neftinin ixracına qarşı sanksiyalar Tehranı zəiflətsin, ancaq o, öz müttəfiqlərinə ziyan vurmaq istəmir. InfoAZ-ın məlumatına görə, bu barədə çərşənbə günü ABŞ prezidentini milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

"Məqsədimiz İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdir. Başa düşürük ki, İrana bitişik olan bəzi ölkələr, bu yaxınlarda onlara səfər etdim və həmin nefti alan digər ölkələr bundan dərhal imtina edə bilməzlər", - Bolton Hamilton mərkəzində xarici siyasət məsələləri üzrə müzakilələrdə bildirib.

"Biz çalışırıq ki, maksimum təzyiq göstərək, ancaq öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik", - Bolton vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları gələn həftə qüvvəyə minəcək. Eyni zamanda Ağ Ev Vaşinqtonun müttəfiqləri və tərəfdaşları sayılan ölkələrin hər biri ilə münasibətlərinə yenidən baxır.