14
Sent 2018
Font

Çərşənbə günü Varşavada insan hüquqlarının ölçülməsi üzrə konfrans çərçivəsində ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovla Azərbaycanda mətbuatın vəziyyətini müzakirə edib. Bu barədə Dezir Twitter-dəki mikrobloqunda yazıb.

Öz növbəsində, Hüseynov Turan-a bildirib ki, Dezirə Azərbaycanda media azadlığının problemləri, həbs edilmiş jurnalistlər və blogerlər, saytların bloklanması və digər ifadə azadlığının pozulması faktları haqqında məlumat verib.

Hüseynovun sözlərinə görə, Dezir ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi qismində Azərbaycanda hələ olmadığını və ilin sonuna qədər belə bir səfər etməyə ümid etdiyini qeyd edib.

İnsan hüquqlarının ölçülməsi üzrə Varşava konfransı hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilir.

Newer news items: