10
Okt 2018
Font

48 yaşında alim olmuş, dissertasiyası şübhəli birinin manatın dollara nisbətdə məzənnəsinin 0.78 qəpikdən 1.70 manata sıçramasını “gözlənilməz” hesab etməməsi təbii ki, təəccüblü deyil

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin kəskin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və bu səbəbdən də dollar kreditlərinin hazırki məzənnə ilə qaytarılmalı olduğu haqda qərar verən və beləliklə də böyük çətinlik içində olan yüzminlərlə insanın maraqlarını heçə sayan Konstitusiya Məhkəməsinin sədri, sən demə 48 yaşında alim olubmuş. Üstəlik Fərhad Abdullayevin doktorluq işinin plagiat olduğuna dair də ciddi şübhələr var.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə təhsil eksperti Etibar Əliyev “Facebook”da məlumat verib. O, bugünkü statuslarından birində yazır: “Fərhad Abdullayev bioqrafiyasında nə zaman namizədlik, nə zaman doktorluq müdafiə etməsinin tarixini göstərməyib. Aldığım səhih məlumata görə o, 48 yaşında namizədlik dissertasiyası müdafiə edib. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Konstitusiya İcraatının nəzəri və praktiki problemləri” mövzusunda müdafiə etdiyi dissertasiyaya görə ona hüquq elmləri doktoru elmi dərəcəsi verilib. Onun doktorluq dissertasiyasının plagiat olması barədə dövri mətbuatda əsaslandırılmış yazılar dərc olunub. İddia olunur ki, dissertasiya əsasən rus alimlərinin yazdıqları elmi işlərdən plagiatdır”.

48 yaşında alim olmuş, dissertasiyası şübhəli birinin manatın dollara nisbətdə məzənnəsinin 0.78 qəpikdən 1.70 manata sıçramasını “gözlənilməz” hesab etməməsi təbii ki, təəccüblü deyil. Yuxarıdan sifariş gəlsə, belə adamlar hətta üzümüzə durarlar ki, ümumiyyətlə Azərbaycanda dollarla kredit verilməyib, banklara şər atırıq.