02
Okt 2018
Font

Azərbaycan Milli Məclisi oktyabrın 1-də İnzibati Xətalar Məcəlləsinin tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsini nəzərdə tutan 212-ci maddəsinə 5-ci bənd əlavə edilib.

Yeni əlavəyə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə isə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.

Məcəllənin avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasını nəzrdə tutan 322-ci maddəsinin 0.4-cü bəndinə əsasən müntəzəm marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.