17
Noy 2017
Font

Hollivud ulduzu Silvestr Stallone 1986-cı ildə Las-Veqasda (Nevada ştatı) 16 yaşlı qıza qarşı cinsi təcavüz etməsinə dair irəli sürülən ittihamları qəti şəkildə rədd edib.

InfoAZ TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı TMZ nəşrinə aktyorun rəsmi nümayəndəsi Mişel Beqa deyib.

"Bu, mənasız və tamamilə uydurma hadisədir. Bugünkü yazıya qədər cənab Sttalone də daxil olmaqla heç kim heç vaxt belə bir şey eşitməyib. Hökumət və ya kimsə cənab Sttalone ilə bu mövzü ilə bağlı əlaqə saxlamayıb", - deyə Beqa bildirib.

Bu cavab "Daily Mail" nəşrinin Silvestr Stallonenin 1986-ci ildə 16 yaşlı pərəstişkarına qarşı cinsi zorakılıq etməsinə dair xəbər dərc etməsindən sonra verilib.

Xəbərdə qeyd olunur ki, o zaman zərərçəkmiş mehmanxanada aktyorla tanış olub və ondan avtoqraf istəyib. Sonra qız Stallonenin qaldığı otel otağına aparılıb və guya orada aktyor və mühafizəçiləri tərəfindən qrup şəklində cinsi zorakılığa məruz qalıb. Qız polisə müraciət etsə də, iş araşdırılmayıb.

Nəşr yazır ki, bu hadisə polis məlumatlarının təsadüfən jurnalistlərin əlinə keçməsi sayəsində aşkara çıxıb.