27
İyul 2017
Font

Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli, "Vanity Fair" adlı moda jurnalına Bred Pittlə boşanma prosesi haqda maraqlı açıqlamalar verib. Sputnik Azərbaycan xəbər verir ki, həmin ərəfədə çətin günlər keçirdiyini deyən A.Coli, uşaqlarından gizli hamamda ağladığını söyləyib.

"Mənim Pittlə münasibətim 2016-cı ilin yayında "First They Killed My Father" filminin Kambocadakı çəkilişləri əsnasında zəifləməyə başlamışdı. Sadəcə havadan və sudan danışmaq üçün bir yerə gələn insanlar kimi dik. Həyatımın ən çətin dövrü idi" — Ancelina Coli deyib.

"Bu soyuqluq bizi boşanmaya apardı. Onunla ayrılan zaman, əhvalım çox bərbad idi. Uşaqlara heç nəyi büruzə verməmək üçün hamama girib, orada ağlayırdım. Heç nəyin əvvəlki kimi olmayacağını bilsəm də, uşaqlarda bu düşüncənin hakim olmasını istəmirdim" — aktrisa əlavə edib.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ilin sentyabrında boşanıblar.