01
Noy 2018
Font

Internet_Freedom_House.jpg

Noyabrın 1-də Freedom House təşkilatı özünün 2018-ci il üçün İnternetdə Azadlıq (Freedom on the Net 2018) hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, dünya boyunca hökumətlər vətəndaşların məlumatları üzərində nəzarəti artırır və fərqli düşüncəni sıxışdırmaq məqsədilə "saxta xəbər" ittihamlarından istifadə edir və beləliklə də həm internetə etimadı, həm də demokratiyanın əsaslarını sarsıdır.

Hesabata görə, internetdə təbliğat və dezinformasiya rəqəmsal sferanı getdikcə daha çox zəhərləyir. Bütün bunlar 2018-ci ildə qlobal internet azadlığının tənəzzülünə səbəb olub.

Hesabatda qeyd olunur ki, Azərbaycan, o cümlədən Ermənsitan da belə izləmə texnologiyalarını Pekindən alırlar.

İnternet Azadlığı 2018 hesabatında 65 ölkədəki vəziyyət araşdırılıb.

Hesabatda bu ölkələrdə 2017-2018-ci illərdə müşahidə olunmuş dəyişikliklərdən söhbət açılır.

Beləliklə, hesabat 65 ölkədə internet və rəqəmsal media azadlığının dərəcəsini ölçüb. Bunun üçün 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 "ən çox azadlığı", 100 isə "ən az azadlığı" göstərir.

Bu kriteriya ilə 0-30 arasında qiymət alan ölkələr azad ölkələr, 31-60 arasında qiymət alan ölkələr qismən azad və 61-100 arasında qiymət alan ölkələr isə azad olmayan kateqoriyasına aid edilib.

Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutmaqla azad olmayan ölkələrlə qismən azad ölkələrin "sərhədinə" düşüb, hərçənd qismən azad ölkə hesab edilib. Burada azad olmayanlardan Azərbaycanın qonşusu Qazaxıstan (61), qismən azadlardan isə Kambocadır (59).

Azərbaycanın əsl qonşuları olan Gürcüstan və Ermənistan müvafiq olaraq 25 və 27-ci yerləri tutmaqla azad ölkələr hesab olunub.

Hesabatda ölkələrdə internet azadlığının dinamikası da izlənir. Məsələn, Azərbaycanda internet azadlığı 2017-2018-ci illər ərzində azaldığlı halda, Ermənistanda artıb. Hərçənd hesabatda vurğulanır ki, Ermənistanın qismən azad kateqoriyasından azad kateqoriyasına keçməsində bu ölkədə baş vermiş "məxməri inqilab" həlledici rol oynayıb.

Azad ölkələr kateqoriyasına gəlincə, burada Estoniya (6), İslandiya (6) və Kanada (15) ilk üç yeri tuturlar.

Birləşmiş Ştatların göstəricisi 22, Birləşmiş Krallığın göstərici isə 23-dür. Avstraliya 19-cu pillədədir. Bu ölkələr azad ölkələrin ilk beşliyinə daxil olub.