07
Sent 2018
Font

047978.jpg

Suriyanın İdlib əyalətini Suriya prezidenti Bəşər Əsədin "ixtiyarına vermək" olmaz. Ankara istəmir ki, bu əyalət "qan gölü"nə çevrilsin. Bu barədə Türkiyə prezident Rəcəp Tayyip Ərdoğan Tehranda üçtərəfli danışıqlar zamanı bildiirb.

R.T.Ərdoğan həmçinin deyib ki, "İdlibə istənilən hücum fəlakətə və böyük insan faciəsinə səbəb olacaq".

Bu arada Rusiyanın Müdafiə Nazirliyi İdlibdəki yaraqlılara zərbələr endirməyə davam edir və bildirir ki, hücum obyektləri "Cabhat an-Nusra" terrorçu qruplaşmasının infrastrukturudur.

Bundan öncə "Anadolu" agentliyi, Ərəbistanın Al Masdar nəşri və Londonda yerləşən Suriya İnsan Hüquqlarının Monitorinqi Mərkəzi bildiriblər ki, zərbələr terrorçulara yox, "Suriya müxalifət dəstələri"nə endirilir.

Özünü Suriyanın ərazi bütövlüyünün qarantı və terrorizmə qarşı mübariz kimi təqdim edən Moskva İdlibin Türkiyənin təsir zonası olduğunu açıq etiraf edə bilmir, baxmayaraq ki, Türkiyə-Suriya əlaqələrinin inkişafında maraqlıdır. Dəməşq də öz ərazisində "Türkiyə anklavı"nın olması ilə barışa bilməz, bundan əlavə, o, qərarların qəbulunda müstəqil olduğunu nümayiş etdirməlidir, müşahidəçilər hesab edirlər.

Bundan öncə R.T.Ərdoğan xəbərdarlıq edib ki, İdlibdə 3,5 mln.-a yaxın adam var və "əgər raketlər bu rayona uçarsa ciddi qantökmə olacaq". O əlavə edib ki, bu rayona irimiqyaslı hücum Türkiyəyə yeni qaçqın axınına gətirib çıxaracaq.

Almaniya kansleri Angela Merkel İdlibdə vəziyyətlə bağlı Putinlə "çox ciddi söhbət" barədə danışıb. Onun sözlərinə görə, Suriyanın bu əyalətində humanitar fəlakətə yol verməməyə çağırıb.

ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Rusiya və İran Əsədin İdlibə - silahlı müxalifətin son dayağına hücumuna yol verərsə Suriyada "ciddi humanitar səhv buraxmış olar.