04
Sent 2018
Font

12925.jpg

Azərbaycan ABŞ-ın Rusiya dövlətinə qarşı sanksiyalarını nəzərə alaraq RF ilə münasibətlərində ehtiyatlı olmalıdır. Bunu siyasi şərhçi Rauf Mirqədirov "Amerikanın səsi"nə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya səfəri ilə bağlı deyib.

"Dövlət başçılarının görüşünün özü pozitivdir. Görüşməyəndə anlaşılmazlıqlar artır, ziddiyətlər daha da gərginləşir. Məsələn, biz bunu Gürcüstan, Moldova, Ukraynada görürük. Soçidə imzalanan iqtisadi sazişlərə gəlincə, bu gün şox şey Vaşinqtonun sanksiyalarından asılıdır ki, bu, bir çox sövdələşmələrin qarşısını ala bilər. ABŞ-ın tətbiq etdiyi sanksiyaların coğrafi məhdudiyyəti yoxdur, qlobal xarakter daşıyır. Ona görə də bütün dövlətlər, şirkətlər, Rusiya şirkətləri də daxil olmaqla, bunu nəzərə almalıdır", - o bildirib.

"Çünki ABŞ Rusiya ilə hərbi sahədə əməkdaşlıq edən ölkələrə qarşı sanksiya tətbiq edə bilər", -R.Mirqədirov hesab edir.

Onun sözlərinə görə, iqtisadi əlaqələri genişləndirərkən də ehtiyatlı olmaq lazımdır. Sonradan Rusiya qarşısında yerinə yetirə bilməyəcəyimiz öhdəlikləri üzərimizə götürməməliyik.

Qarabağ mövzusuna gəlincə, Rusiya bir halda münaqişənin həllinə yardım edə bilər. "O haldır ki, bu münaqişə Rusiyanın maraqları çərçivəsində həll olunsun. Bu gün Rusiyanın xarici siyasəti ondan ibarətdir ki, o, postsovet məkanı tam təsir dairəsinə keçirmək istəyir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın yardımı o halda mümkündür ki, Azərbaycan və Ermənistan öz müstəqilliyindən imtina etsinlər", - R.Mirkadırov deyib.

Əgər Putin çıxışında vaxtının çox az bir hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr edirsə, bu, o deməkdir ki, hələlik belə razılaşma əldə olunmayıb.