13
Yan 2018
Font

Mars planetində 8 buzlaq aşkar edilib. "Daily Mail" xəbər verir ki, bu barədə məlumatı Amerika Milli Kosmik Agentliyi (NASA) yayıb.

Aşkarlanan buzlaqların çoxsaylı laylardan ibarət olduğu bildirilib. Tədqiqatın yekununa uyğun olaraq, planetin iqlim tarixi barədə daha detallı məlumatlar əldə etmək mümkün olacaq.

NASA-ya aid "HiRISE" kamerası çəkdiyi fotoları qurumun rəsmi saytına yükləyib.

Buzlaqların qalınlığının 100 metrdən çox olduğu qeyd olunub. Onların üzəri 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.