04
Sent 2017
Font

Qlobal istiləşmə fonunda Yer kürəsində temperaturun 21-ci əsrin sonuna qədər ortalama 2°-dən də çox artması gözlənilir.

Sputnik Azərbaycan "Nature Climate Change" jurnalına istinadla xəbər verir ki, ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər.

Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4 və 9° dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5° və ondan az artma ehtimalının isə 1 faiz olduğu qənaətindədirlər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2° isinəcəyini deyiblər.

Maks Plank Meteorologiya İnstitutunun alimləri isə bildiriblər ki, insanların yanacaqdan istifadəni dayandıracağı halda belə, Yer kürəsi 2100-cü ilə qədər təxminən 2° isinəcək. Elm adamları istixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi ehtimalını da irəli sürüblər.

Alimlər daha əvvəl bildirmişdilər ki, Yer kürəsində orta temperaturun 1° artması o deməkdir ki, dünya okeanlarındakı adalar su altında qalacaq. Okean, dəniz və çay sahillərində yerləşən şəhərlər tamamilə suya qərq olacaq. Temperaturun +2° artması isə qlobal fəlakət deməkdir. Bu, Yer kürəsinin 2/3-nin su altında qalmasına gətirib çıxaracaq.