03
Noy 2018
Font

Tanınmış bloger İlya Varlamovu Azərbaycana buraxmayıblar, bildiriblər ki, onun ölkədə olması arzuedilən deyil.

Bloger sosial şəbəkədə yazıb ki, Bakı aeroportunda pasport nəzarətində onu saxlayıblar və bir neçə saatdan sonra bildiriblər ki, deportasiya olunmalıdır.

"Suallarınıza dərhal cavab verirəm: "Heç zaman Dağlıq Qarabağda səfərdə olmamışam, Azərbaycan qanunvericiliyin pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı barədəki keçmiş yazılarımla bağlıdır. Burada isə Azərbaycan XİN bilir ki, nədən inciyib", - İ.Varlamov öz bloqunda yazıb.

O deyib ki, öz hesabına bilet alaraq İstanbula getməyə razılaşıb.

İ.Varlamovun Azərbaycan paytaxtı haqda yazdığı postların sırasında "Pis Bakı", "Ölü Bakı", "Bakı: təhlükəli və narahat şəhər" və s. var. Bloger həmçinin Twitter səhifəsində qeyd edib ki, altı ölkəyə səfərinə qadağa qoyulub.