02
Okt 2018
Font

Keçmiş vergilər naziri Fazil Məmmədov ötən ilin sonunda öz postundan getdikdən sonra indi də "öz istəyi ilə" Azərbaycan Güləş Federasiyası rəhbəri postunu tərk edib.

Təşkilatın saytında deyilir ki, Federasiya prezidentinin səlahiyyətlərini birinci vitse-prezident Namiq Əliyev icra edir.

N.Əliyev bundan öncə vergilər nazirinin müavini olub və onun istefası ilə vəzifədən gedib.

Qeyd edək ki, F.Məmmədov vergilər naziri postundan getdikdən sonra Velosiped İdmanıFederasiyasının prezidenti postunu da tərk edib.