04
Sent 2018
Font

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bəzi tibbi preparatların və bioloji aktiv əlavələrin (BAƏ) ölkəyə idxalına və satışına qadağa qoyulduğunu elan edib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyinə görə, 15 adda tibbi preparat təhlükəsizlik və keyfiyyət standartlarına uyğun deyil. Bu rəyin əsasında həmin dərmanların gətirilməsi və satışı qadağan edilib.

50 növ BAƏ-nin analizi göstərib ki, onlar bioloji aktiv əlavələr deyil və satışı qadağan edilib.

Qadağan edilmiş tibbi preparatların və bioloji aktiv əlavələrin tam siyahısı Qida Təhlükəsizliyi Agentliyinin saytında dərc edilib: http://afsa.gov.az/az/media/news_details/102.