13
Sent 2017
Font

Avropa Parlamenti Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiya əməliyyatı ilə bağlı araşdırmaya çağıran təklifi qəbul edib. Təklif parlamentin 96 deputatı tərəfindən “Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları” adlı ümumi sənədə əlavə kimi irəli sürülmüşdü.

AP-nin “Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları” adlı sənədi Avropa Birliyinin korrupsiya ilə mübarizə və insan hüquqlarının qorunması sahəsində vəzifələrini müəyyənləşdirir. Sənəddə korrupsiyanın insan hüquqlarına çox böyük təhlükə olduğu, onunla mübarizənin bu baxımdan böyük əhəmiyyət kəsb etməsi bəyan edilir. Eyni zamanda, korrupsiya ilə mübarizə üsulları müəyyənləşdirilir.

Bu sənədə Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiyası ilə bağlı edilən əlavədə isə deyilir:

Avropa Parlamenti “Azərbaycan Pulyuması” araşdırmasından bəlli olduğu kimi, Azərbaycan və digər üçüncü ölkələrin avtokratik rejimləri tərəfindən Avropa qərar qəbuledicilərinə qanunazidd yollarla təsir etmək cəhdlərini qətiyyətlə pisləyir; Göstərilən iddialarla və bu rejimlərin etdiyi başqa təsirlərlə bağlı dərin və hərtərəfli parlament araşdırması həyata keçirməyə çağırır; İnsan hüquqları sahəsi də daxil olmaqla Parlamentin fəaliyyətinin etibarlılığını və legitimliyini sarsıdan belə korrupsiya hallarının baş verməsinin qarşısını almaq üçün Parlamenti sərt addımlar atmağa çağırır.