12
Sent 2017
Font

Moskva və Ankara arasında C-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair müqavilə imzalanıb.

Bu barədə Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Agentliyinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər C-400 zenit-raket kompleksinin satışına dair razılığa gəlib və müqavilə imzalanıb. Rusiya bunun həyata keçirilməsinə hazırdır", - deyə məlumatda qeyd olunub.

Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmanın detalları mövzunun spesifikliyi və həssaslığı baxımından açıqlanmır: "Müqaviləni şərh etməyin prioritet hüququ xarici sifarişçiyə məxsusdur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, məlum sistemin Türkiyəyə verilməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir", - deyə federal Agentliyin məlumatında qeyd olunub.