11
Sent 2017
Font

İsveçrədə iki sərnişin qatarı toqquşub.

Lenta.ru-nun verdiyi xəbərə görə, Andermatt kəndi yaxınlığında qeydə alınan hadisə nəticəsində 30-a yaxın sərnişin xəsarət alıb.

Qəza ilə əlaqədar qatarların hər iki istiqamətdə hərəkəti tam məhdudlaşdırılıb.

Hadisə yerinə xilasedici qüvvələr və tibb işçiləri cəlb edilib. Qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumat yoxdur.