11
Sent 2017
Font

Bu gün Yasamal Rayon Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirini dəyişib. Onun həbsi ev dustaqlığı ilə əvəzlənib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

Mehman Əliyev artıq həbsdən buraxılıb.

***

Hazırda həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Bu barədə virtualaz.org xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb.

Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.