27
Avq 2018
Font

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya “Real Madrid”inə keçəcək.

“Report” “Football Espana”ya istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçunun transferi 2019-cu ilin yayında gerçəkləşəcək. Neymarın artıq “kral klubu” ilə şəxsi müqaviləsini razılaşdırdığı bildirilir. PSJ isə futbolçusunu rekord qiymətə - 300 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında İspaniya “Barselona”sından rekord məbləğə - 222 milyon avroya alınıb.