30
Avq 2017
Font

“Qalatasaray” Ceyson Denayerin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.

Bildirilib ki, müdafiəçinin klubu “Mançester Siti” və özü ilə bir illik icarə haqqında anlaşma əldə olunub.

Belçikalı futbolçunun bu gecə yarısı İstanbulda olacağı gözlənilir. Hələlik keçidin maddi tərəfləri haqqında məlumat verilməyib.

Qeyd edək ki, Denayer 2015/16 mövsümündə icarə əsasında “Qalatasaray”da çıxış edib.