07
Noy 2018
Font

Naxçıvan Muxtar Respublikası ərazisində gömrük əməkdaşları 105 kq. heroin aşkar ediblər. Yük Azərbaycan vasitəsilə Türkiyəyə göndərilirmiş.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, narkotik maddə Culfa gömrük-sərhəd buraxılış məntəqəsində Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdyi yük maşınının gizli saxlanc yerində aşkar edilib.

Narkotik maddə 104 paketdə qablaşdırılıb. Sürücünün sözlərinə görə, o, malı İstanbula aparırmış. Fakt üzrə CM-in 206.2-ci maddəsi ilə (narkotik maddə qaçaqmalçılığı) cinayət işi açılıb.