04
Sent 2018
Font

Etibar Pirverdiyevin "Azərenerji" ASC-nin rəhbəri postundan çıxarılmasının rəsmi səbəbi iyulun əvvəlində Mingəçevir İES-də baş vermiş qəza və bunun nətəcəsində bütün ölkənin zülmətə qərq olmasıdır. Bu barədə Prezident Administrasiyasının məlumatında deyilir.

Məlumatda xatırladılır ki, iyulun 3-də sözügedən elektrik stansiyasındakı transformatorlardan birində qəza baş verib. Nəticədə ölkənin enerji sistemində ciddi problemlər yaranıb, Bakı və Gəncə də daxil olmaqla, ölkənin 39 şəhər və rayonu işıqsız qalıb.

Həmin gün qəzanın səbəblərinin araşdırılması üçün prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılıb.

Yerli və xarici ekspertlərin, həmçinin müvafiq dövlət qurumlarının mütəxəssislərinin cəlb edilməsilə Dövlət Komissiyası qəzanın səbəblərini araşdırıb və hərtərəfli rəy hazırlayıb. Rəydə ölkənin enerji sistemində nasazlığa səbəb olan nöqsanlar göstərilib.

Səbəblərdən biri "Azərenerji"nin qəzalı vəziyyətlərə hazır olmaması, qurumun fəaliyyətində texniki və bəzi digər nöqsanlar, fövqəladə hallara adekvat reaksiya vermək qabiliyyətində olmaması göstərilib.

Komissiyanın rəyi ilə tanış olan dövlət başçısı E.Pirverdiyevi "Azərenerji" ASC-nin rəhbəri postundan azad edib, məlumatda deyilir.

Newer news items: