04
Sent 2018
Font

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Bundan öncə o, "Azərişıq"ın rəhbəri olub.

İ.Əliyevin digər sərəncamı ilə Etibar Pirverdiyev "Azərenerji"nin rəhbəri postundan azad edilib.

Xatırladaq ki, iyulun 3-də Mingəçevir İES-də baş vermiş qəza nəticəsində bütün ölkədə elektrik enerjisi kəsilib.

Yoxlamalar göstərib ki, qəzaya İES-in istismarı zamanı ciddi pozuntulara yol verilməsi səbəb olub. Dövlət başçısının yanında müşavirə zamanı E.Pirverdiyev kəskin tənqidlərə məruz qalıb və ona tapşırılan sahəni idarə etmək qabiliyyətində olmamaqda ittiham edilib.

Newer news items: